Bakı metrosunda problem: Sıxlıq yarandı

Bakı metrosunda problem: Sıxlıq yarandı

SOSİUM
970

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Fins.az xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Bildirib ki, bu gün səhər saat 07:00 radələrində “İçərişəhər” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb:

 

“Sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Nəticədə metronun “qırmızı xətt” istiqamətində, yəni “İçərişəhər” xətti ilə hərəkət edən qatarların intervalında 8 dəqiqəyə qədər gecikmə yaranıb. İntervalın pozulması iki qatar arasında olub.  Təəssüf ki, bu ümumilikdə digər stansiyalarda da sərnişin sıxlığına səbəb olub.

Hazırda iki qatar arasında yaranan gecikmənin və ümumilikdə stansiyalarda qatarların qrafik üzrə hərəkətinin təmin olunması üçün tədbirlər görülür. Qısa müddətdə problem aradan qaldırılacaq”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı metrosunda problem: Sıxlıq yarandı — Fins.az — Fins.az