Bakı metrosunda gözdən əlillər üçün taktik plitələr döşənməsinə başlandı

Bakı metrosunda gözdən əlillər üçün taktik plitələr döşənməsinə başlandı

SOSİUM
823

Bakı Metropoliteninin stansiyalarında taktik plitələri döşənir.

Bu barədə Fins.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, adıçəkilən plitələr stansiyaların platformalarında hüdud xətti ilə paralel çəkilir: "Bu plitələr əsasən görmə imkanı məhdud olan şəxslər üçün nəzərdə tutulub. Bu, həm hüdud xətti, həm də görmə qabiliyyəti məhdud olan sərnişinlər üçün hərəkət zolaqlarıdır".

Qurum rəsmisi bildirib ki, bu zolaqlar əsaslı təmir edilən bütün stansiyalarda girişdən platformaya qədər quraşdırılacaq: "Artıq “Koroğlu" metro stansiyasında görmə qabiliyyəti məhdud insanlar üçün sarı zolaq çəkilib. Hazırda taktik plitələrin digər stansiyalarda da döşənməsi istiqamətində tədbirlər görülür".

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı metrosunda gözdən əlillər üçün taktik plitələr döşənməsinə başlandı — Fins.az — Fins.az