Bakı filialları - Müştəri xidməti şöbəsi (İpoteka krediti üzrə mütəxəssis) - VAKANSİYA
Fins.az - Xalq Bank "Bakı filialları - Müştəri xidməti şöbəsi (İpoteka krediti üzrə mütəxəssis)" vəzifəsinə vakansiya elan edir.
Təsvir
Bankdaxili qayda və prosedurlarına əsasən fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərilməsi;
ARİKZF və Bankındaxili qaydalara uyğun olaraq İpoteka krediti üzrə müraciətlərinin qəbulu, təhlilin aparılması, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
İpoteka kreditləri üzrə ödənişlər barədə mütəmadi təhlillər apararaq və ödənişlərin vaxtında icra olunmasının təmin edilməsi;
İpoteka kreditləri üzrə sığorta portfelinə və ödənişlərin icra olunmasına nəzarət, müqavilələrinin vaxtında uzadılmasının təmin edilməsi;
İpoteka kreditləri üzrə öhdəliyin ötürülməsi, girovun dəyişməsi və s. xidmətlərin göstərilməsi;
Digər pərakəndə bank məhsullarının satışının həyata keçirməsi və yeni müştərilərin cəlb olunması istiqamətində xidmətlərin göstərilməsi.
Tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır;
Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dil biliyi arzuolunandır;
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
Vakansiya növü - Tam ştat