Azərsu: Maya dəyəri orta satış qiymətini 89,3% üstələyib

Azərsu: Maya dəyəri orta satış qiymətini 89,3% üstələyib

SOSİUM
417

2019-cu ildə “Azərsu” ASC-nin təklif etdiyi 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1,42 manat, orta satış qiyməti isə 0,75 manat olub.

Fins.az xəbər verir ki, bu barədə qurumun ötən ilin yekunlarına dair maliyyə hesabatında bildirilir.

Beləliklə, ötən il “Azərsu”yun xidmətinin maya dəyəri orta satış qiymətini 0,67 manat və yaxud 89,3% üstələyib. 

Xatırladaq ki, 2018-ci ildə bu fərq 0,56 manat və yaxud 75,7% təşkil etmişdi. Əvvəlki il qurumun 0,74 manata satdığı xidmət ona 1,3 manata başa gəlmişdi. Başqa sözlə, xidmətin maya dəyəri 9,2% artıb. 

© FED

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərsu: Maya dəyəri orta satış qiymətini 89,3% üstələyib — Fins.az — Fins.az