
Azərbaycanda yaşa görə müavinət alanların sayı artıb
2026-cı ilin mart ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 172 359 nəfər olub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata əsasən, müavinət alanların 37,9%-ni kişilər, 62,1%-ni isə qadınlar təşkil edib. Ötən ilin mart ayı ilə müqayisədə bu göstəricidə artım qeydə alınıb.
Qeyd edilib ki, yaşa görə aylıq sosial müavinətin məbləği 220 manat təşkil edir. Bu ödəniş rəsmi gəliri və ya iş yeri olmayan şəxslərə dövlət büdcəsi hesabına verilir.
Xatırladaq ki, 2025-ci ilin mart ayında ölkədə yaşa görə sosial müavinət alanların sayı 161 623 nəfər olub. Bu isə bir il ərzində müavinət alanların sayında artım olduğunu göstərir.