
Azərbaycanda xüsusi şərtlərlə pensiya alanların sayı artıb
2026-cı ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 976 nəfər olub.
Fins.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, onların 114 956 nəfəri yaşa, 13 902 nəfəri əlilliyə, 23 118 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
Qeyd edək ki,
2026-cı ilin mart ayı ərzində isə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 628 nəfər olub. Onların 114 713 nəfəri yaşa, 13 987 nəfəri əlilliyə, 22 928 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.