Azərbaycanda uşaqların sosial media istifadəsi üzrə yeni statistik göstəricilər açıqlanıb

Azərbaycanda uşaqların sosial media istifadəsi üzrə yeni statistik göstəricilər açıqlanıb

SOSİUM
251

Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğunun nəticələrinə görə, Azərbaycanda 10–17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin birgə iclasında çıxışı zamanı məlumat verib.

Komitə sədri bildirib ki, həmin yaş qrupunun 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Onun sözlərinə görə, orta gündəlik sosial media istifadə müddəti 4 saat 12 dəqiqə təşkil edir ki, bu da uşaqların oyaq vaxtının təxminən 30 faizinə bərabərdir.

Zahid Oruc əlavə edib ki, 12–15 yaş qrupunda uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-dək telefondan istifadə edir. Onun sözlərinə görə, gecə saatlarında sosial media aktivliyi yuxu çatışmazlığı və təhsil göstəricilərinə mənfi təsir göstərir.

Komitə sədrinin açıqlamasına görə, Respublika Uşaq Klinikasının 2022–2025-ci illəri əhatə edən statistikası ekran vaxtı ilə bağlı psixoloji müraciətlərin 4,7 dəfə artdığını göstərir. Bu artım yalnız böyük şəhərləri deyil, həm də rayon mərkəzlərini əhatə edir.

O həmçinin bildirib ki, uşaqların sosial şəbəkələrdə şəxsi məlumatları, o cümlədən yer, məktəb, dost çevrəsi və gündəlik rejimləri tez-tez paylaşılır və bu məlumatlardan cinayətkar şəxslər, o cümlədən pedofillər tərəfindən istifadə oluna bilər.

Açıqlamada qeyd edilib ki, uşaqların 58 faizi ailə ilə birlikdə yemək zamanı telefondan istifadə edir, valideynlərin 67 faizi isə övladları ilə keyfiyyətli ünsiyyətin son 5 ildə 44 faiz azaldığını bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda uşaqların sosial media istifadəsi üzrə yeni statistik göstəricilər açıqlanıb — Fins.az — Fins.az