Azərbaycanda qadınlara qadağan olunan peşələrin sayı azaldılıb

Azərbaycanda qadınlara qadağan olunan peşələrin sayı azaldılıb

SOSİUM
451

Azərbaycanda əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması məqsədilə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yerlərinin sayı azaldılıb.

Fins.az xəbər verir ki, bunu Hicran Hüseynova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə bildirib.

Komitə sədrinin sözlərinə görə, mövcud qanunvericilikdə qadınların işləməsi qadağan olunan peşə, vəzifə və iş yerlərinin sayı 674-dən 204-ə endirilib. O qeyd edib ki, bu qadağalar bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara şamil olunur.

H.Hüseynova vurğulayıb ki, edilən dəyişikliklər əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasına mühüm töhfə verir.

Deputat həmçinin qadınların əməkhaqlarının kişilərin maaşlarına yaxınlaşması istiqamətində irəliləyiş olduğunu qeyd edib. Onun sözlərinə görə, statistik göstəricilərə əsasən 2020-ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63,3%-ni təşkil etdiyi halda, 2024-cü ildə bu göstərici 68,9%-ə yüksəlib.

Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, övladı dünyaya gələn kişilərə verilən 14 günlük məzuniyyət artıq ödənişli əsaslarla təqdim olunur.

Millət vəkilinin sözlərinə görə, yeni qayda həm dövlət, həm də özəl sektora şamil edilir və əmək hüquqlarının qorunmasına, iş və ailə həyatı arasında balansın təmin edilməsinə xidmət edir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qadınlara qadağan olunan peşələrin sayı azaldılıb — Fins.az — Fins.az