Azərbaycanda pensiya və müavinət xərcləri 10,4% artıb

Azərbaycanda pensiya və müavinət xərcləri 10,4% artıb

SOSİUM
342

2026-cı ilin ilk üç ayı ərzində Azərbaycanda pensiya və müavinətlər üzrə ödənilən məbləğ artıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar–mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən vəsaitin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb.

Nəticədə ümumi məbləğ 1 milyard 994 milyon 200 min manata çatdırılıb.

Məlumata görə, sərf olunan vəsaitin 98,0 faizi pensiya xərclərinin payına düşüb.

2026-cı il aprelin 1-nə olan vəziyyətə əsasən, pensiyaçıların 64,8 faizi yaşa görə, 22,7 faizi əlilliyə görə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda pensiya və müavinət xərcləri 10,4% artıb — Fins.az — Fins.az