Azərbaycanda mobil və sabit internetin sürəti azalıb

Azərbaycanda mobil və sabit internetin sürəti azalıb

SOSİUM
365

Bu ilin iyul ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 31,21 Mbit/s təşkil edib.

"APA-Economics"in "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici iyun ayı ilə müqayisədə 7,2% azalıb.

Cari ilin iyulunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyun ayının göstəricisi ilə müqayisədə 8,5% azalaraq 9,21 Mbit/s olub.

Qeyd edək ki, hesabat ayında dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 30,78 Mbit/s və 8,55 Mbit/s təşkil edib. İyul ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 2 pillə geriləyərək 60-cı yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (120,35 Mbit/s), Qətər (117,43 Mbit/s) və Cənubi Koreya (109,65 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin iyul ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 20,89 Mbit/s, çıxış sürəti isə 22,1 Mbit/s təşkil edib. İyun ayı ilə müqayisədə giriş sürəti 5%, çıxış sürəti isə 6,6% azalıb.

Bu ilin iyul ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında iyun ayına nisbətdə 3 pillə geriləyərək 121-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Çili – 212,98 Mbit/s, Sinqapur – 211,36 Mbit/s və Tayland – 189,14 Mbit/s olub.

Bu ilin iyulunda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 67,25 Mbit/s və 28,5 Mbit/s təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda mobil və sabit internetin sürəti azalıb — Fins.az — Fins.az