
Azərbaycanda miqrasiya göstəriciləri açıqlanıb
2026-cı ilin yanvar–mart ayları ərzində Azərbaycan üzrə miqrasiya saldosu müsbət göstərici ilə qeydə alınıb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dövr ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 964 nəfər qeydə alınıb.
Eyni zamanda, Azərbaycandan 493 nəfər ölkəni tərk edib.
Nəticədə, 2026-cı ilin ilk rübündə ölkə üzrə miqrasiya saldosu müsbət 471 nəfər təşkil edib.