Azərbaycanda işləyən qadınların daha çox hansı yaşlarda olduğu AÇIQLANDI

Azərbaycanda işləyən qadınların daha çox hansı yaşlarda olduğu AÇIQLANDI

SOSİUM
488

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 44%-i qadınlarla bağlanan əmək müqavilələrinə aiddir.

Nazirlikdən  verilən məlumata görə, altsistemin məlumatlarına görə, əmək müqaviləsi əsasında  işləyən vətəndaşların təhsil pilləsi üzrə bölgüsündə ali təhsilli şəxslərin 46%-i, ümumi təhsilli şəxslərin 37%-i, orta ixtisas təhsilli şəxslərin 55%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24%-i qadınlardan ibarətdir.

“Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlara əsasən işləyən qadınların 16%-i 16-30 yaşlarında, 27%-i 31-40 yaşlarında, 23%-i 41-50 yaşlarında,  24%-i 51-60 yaşlarında, 10%-i isə 61 yaşdan yuxarı olanlardır. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda işləyən qadınların daha çox hansı yaşlarda olduğu AÇIQLANDI — Fins.az — Fins.az