Azərbaycanda hər bir sakin bu qədər ödənişli xidmətlərdən - İSTİFADƏ EDİB

Azərbaycanda hər bir sakin bu qədər ödənişli xidmətlərdən - İSTİFADƏ EDİB

SOSİUM
650

Birinci rübdə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,5 faiz azalaraq 2 milyard 6,1 milyon manat olub.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 472,5 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Cari ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 201,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 11 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Azərtac

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda hər bir sakin bu qədər ödənişli xidmətlərdən - İSTİFADƏ EDİB — Fins.az — Fins.az