O bildirib ki, Səhiyyə Nazirliyinin tapşırığına əsasən, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən dünyada, o cümlədən ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının dəyişməsi ilə bağlı vəziyyət diqqətlə izlənilir, tendensiyalar təhlil edilir:
“Təəssüf ki, bu il iyun ayının ortalarından etibarən dünyada koronavirusa yoluxma hallarının sayında artım qeydə alınır və artıq pandemiyanın növbəti dalğası haqqında danışılır. Son iki həftə ərzində dünyada COVID-19 infeksiyasına yoluxanların sayında kəskin artım müşahidə olunur. Belə ki, dünyanın 110 ölkəsində yeni koronavirusa yoluxma hallarının sayının artdığı qeyd edilir”.