Azərbaycanda doğum sayı azalıb

Azərbaycanda doğum sayı azalıb

SOSİUM
262

2026-cı ilin ilk üç ayı ərzində Azərbaycanda doğulan körpələrin sayı 20 362 nəfər təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydə alınan doğum göstəriciləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma nümayiş etdirib. Belə ki, əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 8,8-dən 8,0-a enib.

Məlumata əsasən, doğulan körpələrin 53,8 faizi oğlan, 46,2 faizi isə qız uşaqlarıdır.

Hesabat dövründə 698 əkiz, 27 isə üçəm doğum halı qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda doğum sayı azalıb — Fins.az — Fins.az