Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

SOSİUM
421

Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi əvvəlki ilə nisbətən 0,2% artaraq 5 981,9 min ton edib və.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə,hesabat dövrü daşınmış yüklərin 34,7%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 8 781,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, bu yüklərin 8 186,0 min tonunu (93,2%-i) tranzit yüklər təşkil edib.

"2021-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 238,6 min ton olub", - məlumatda qeyd edilir.

Ötən il dəniz nəqliyyatı ilə  daşınmış sərnişinlərin sayı 2019-cu ilə nisbətən 8,1% azalaraq 20,4 min nəfər olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb — Fins.az — Fins.az