Azərbaycanda bağlanmış nikahların sayı 2,2%, boşanmaların sayı 15,4% artıb

Azərbaycanda bağlanmış nikahların sayı 2,2%, boşanmaların sayı 15,4% artıb

SOSİUM
732

2019-cu ildə Azərbaycanda əhalinin sayı 85,651 min nəfər və ya 0,9% artaraq 2020-ci il yanvarın 1-nə 10 mln. 67,108 min nəfər təşkil edib. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 116 nəfərdir.

Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.

Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.

Ötən ilin 12 ayı ərzində ölkə üzrə 141,179 min doğulan körpə qeydə alınıb, bu da 2018-ci ilin göstəricisindən 1,6% çoxdur və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib. Yeni doğulan oğlanlar 53,2% qızlar – 46,8% təşkil edib. Körpələrin 3,356 mini əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır.

Bu dövr ərzində 55,916 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,6 (2018-ci ilin 12 ayı ərzində 5,8) təşkil edib.

Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 63,869 min nikah (2018-ci illə müqayisədə artım 2,2%) və 17,148 min boşanma halı (artım 15,4%) qeydə alınıb.

Ötən ilin ərzində Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,042 min nəfər gələn və 1,654 min nəfər ölkədən gedən qeydə alınıb

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bağlanmış nikahların sayı 2,2%, boşanmaların sayı 15,4% artıb — Fins.az — Fins.az