Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb

Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb

SOSİUM
532

Azərbaycanda ötən il avtobuslarla 1 055 266,9  min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, 2019-cu ildə avtobus nəqliyyatı ilə 1 741 364,5 min sərnişin daşınıb.

Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 37,5% azdır. 2019-cu ildə taksi xidmətlərindən 71 893,5 min nəfər istifadə edib.

Qeyd edək ki, ötən il  Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 100,2 mln. sərnişin daşınıb, bu isə 39,3%-lik azalma deməkdir.

Azalma koronavirus pandemiyasına görə aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb — Fins.az — Fins.az