
“Azərbaycan Dəmir Yolları”nda qərargah yaradıldı
Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayımlayıb
Məlumatda bildirilir ki, bununla yanaşı, Bakı Dəmiryol Vağzalının (055) 499 61 11 nömrəli "qaynar xətt"i fəaliyyətə başlayıb.