Avto-daşımalar üzrə şöbə rəisi - VAKANSİYA

Avto-daşımalar üzrə şöbə rəisi - VAKANSİYA

SOSİUM
137

Fins.az - ADY Express vakansiya elan edir.

Əsas vəzifələr:

  • Avtomobil daşımaları istiqamətinin kommersiya fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsi;

  • Yeni müştərilərin cəlb edilməsi, və müştəri münasibətlərinin inkişaf etdirilməsi;

  • Daşımalar üzrə satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;

  • Bazarın təhlili, yeni biznes imkanlarının müəyyən edilməsi və həyata keçirilməsi;

  • Daşıyıcılar, agentlər və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;

  • Kommersiya təkliflərinin hazırlanması, tarif və qiymət siyasətinin formalaşdırılması;

  • Şöbənin satış planlarının və maliyyə göstəricilərinin yerinə yetirilməsinin təmin edilməsi;

  • Şöbə əməkdaşlarının fəaliyyətinin idarə olunması, performans göstəricilərinin müəyyən edilməsi və nəzarəti;

  • Rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil  

  • İş stajı: 5 il (Logistika, ekspedisiya və ya beynəlxalq yükdaşımaları sahəsində)

  • Dil biliyi: Rus, ingilis 

  • Rəqəmsal bacarıqlar: MS Office

​​​​​​​Şəxsi keyfiyyətlər:

  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı

  • Liderlik və idarəetmə bacarıqları;

  • Nəticəyönümlülük və təşəbbüskarlıq;

  • Analitik düşüncə və qərarvermə bacarığı;

  • Məsuliyyətlilik və yüksək təşkilatçılıq qabiliyyəti;

  • Müştəri bazasının inkişafı və satışların artırılması üzrə uğurlu təcrübə.

​​​​​​​İş qrafiki:

  • 5 günlük 

  • İş saatı: 09:00-18:00

  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

​​​​​​​Əlavə üstünlüklərimiz:

  • Könüllü tibbi sığorta;

  • Nahar ilə təmin edilmə;

  • Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı 

Tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avto-daşımalar üzrə şöbə rəisi - VAKANSİYA — Fins.az — Fins.az