
Aşpaz - VAKANSİYA
Fins.az - Beast Group MMC vakansiya elan edir.
Ümumi məlumat:
Sifariş edilmiş yeməklərin Şirkətin qəbul etmiş reseptlərinə uyğun sürətli və keyfiyyətli şəkildə hazırlanmasına cavabdeh şəxsdir.
Vəzifə və məsuliyyətlər:
Bütün yeməkləri Şitkət tərəfindən müəyyən edilmiş resept üzrə hazırlamaq;
Alınmalı olan ərzaqların siyahısını tərtib etmək;
Alınmış ərzaqların qəbulu zamanı onların keyfiyyətini, istifadə tarixini, tərkibini, dadının standartlara uyğun olmasını, kəsim formasını, ölçüsünün düzgün olmasını yoxlamaq;
İş mühitini (soyuducu, soba, stol və s.) sanitar və mütəşəkkil saxlamaq;
Yemək hazırlayarkən hər əməliyyatdan sonra iş görülən zonanı təmizləmək;
Növbəni təhvil verərkən iş yerini təmizləmək, hazırlrlanmış yarım-fabrikat məhsulların və bitmiş məhsulların siyahısını təqdim etmək;
Avadanlıqlarla təhlükəsizlik qaydalarına uyğun və düzgün işləmək;
Avadanlıqlarla bağlı hər hansı problem olarsa, məsul şəxsə məlumat vermək;
Şirkətin müəyyən edilmiş normalarına uyğun olaraq şəxsi gigiyenaya riayət etmək;
İş vaxtı ərzində məcburi qaydada müəssisənin təmiz geyim formasının geyinmək;
Üstün xidmətlər təqdim etmək və sürətli, gülərüz xidmət göstərməklə mehriban, rahat mühit yaratmaq.
Namizədə tələblər
Müvafiq sahədə 1 il təcrübə,
Təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
İş vaxtı təmiz və nizamlı görünmək,
Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı,
Stressə davalı olmaq.
Şərtlər
İş günü/saatı – həftədə 6 gün, 9 saat,
İstirahət – həftədə 1 gün,
Kafe Ağ şəhərdə yerləşir (yaxinda yaşayan əməkdaşlara üstünlük verilir)
Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
Cv(anket) +994503357959 nömrəsinə və yaxud qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərsiniz.