Aprel ayının son günüə olan HAVA PROQNOZU

Aprel ayının son günüə olan HAVA PROQNOZU

SOSİUM
772

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 30-da

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər saatlarında zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 10-13° isti, gündüz  16-19° isti olacaq.

Bakıda  gecə 10-12° isti, gündüz  17-19° isti olacaq.

Atmosfer  təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq. 

Tibbi-meteoroloji proqnoz

Aprelin 30-u, mayın 01-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. 

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 7-11° isti, gündüz  20-25° isti,

dağlarda gecə 3-7° isti, gündüz   10-15°  isti olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aprel ayının son günüə olan HAVA PROQNOZU — Fins.az — Fins.az