
ADY qatarların hərəkət cədvəlində dəyişiklik edib
Fins.az - Azərbaycan Dəmir Yolları (ADY) 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qatarların hərəkət cədvəlində dəyişiklik edib.
Qurumdan bildirilib ki, bu il 8 Mart bazar gününə düşdüyü üçün 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib.
Bu səbəbdən, 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki ilə hərəkət edəcək.
ADY qeyd edib ki, sərnişinlər bu dəyişiklikləri nəzərə alaraq səyahətlərini planlaşdırmalıdırlar.
Fuad Mədətov
Fins.az