52 qeyri-yaşayış binasında enerji idarəçisi təyin edilib

52 qeyri-yaşayış binasında enerji idarəçisi təyin edilib

SOSİUM
118

Fins.az - Ölkədə yüksək enerji istehlak edən qeyri-yaşayış binalarında enerji səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Energetika Nazirliyinin iştirakı ilə 52 enerji idarəçisi (meneceri) təyin olunub.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerji idarəçisi (meneceri) təyin edilməsi məcburidir.

Enerji idarəçiləri müəssisələrdə enerji istehlakının monitorinqi və təhlilini aparır, enerji itkilərinin müəyyənləşdirilməsi və azaldılması, enerji səmərəliliyinin artırılması, həmçinin enerji resurslarından daha rasional istifadənin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə dəstək göstərirlər.

Enerji idarəetmə sisteminin tətbiqi müəssisələrə enerji xərclərinin optimallaşdırılmasına, kommunal ödənişlərin azaldılmasına, enerji itkilərinin minimuma endirilməsinə və mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır. Bu baxımdan enerji idarəçisi müəssisələrdə enerji siyasətinin həyata keçirilməsində və enerji səmərəliliyi tədbirlərinin koordinasiyasında mühüm rol oynayır.

Energetika Nazirliyi yüksək enerji istehlak edən qeyri-yaşayış binalarının mülkiyyətçilərini və idarəçilərini qanunvericiliyin tələblərinə uyğun olaraq enerji idarəçisi (meneceri) təyin etməyə və enerji səmərəliliyinin artırılması istiqamətində görülən işlərə fəal qoşulmağa çağırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
52 qeyri-yaşayış binasında enerji idarəçisi təyin edilib — Fins.az — Fins.az