2030-cu ilə qədər 30 min işsiz özünəməşğulluğa cəlb ediləcək - Anar Əliyev

2030-cu ilə qədər 30 min işsiz özünəməşğulluğa cəlb ediləcək - Anar Əliyev

SOSİUM
319

2030-cu ilə qədər Azərbaycanda əlavə 30 min işsiz şəxsin özünəməşğulluq proqramlarına cəlbi təmin ediləcək.

Fins.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, işsiz şəxslərin yeni peşə və ixtisaslara yiyələnməsi məqsədilə 175 ixtisas sahəsi üzrə 59 mindən çox şəxs peşə hazırlığına cəlb olunub. O qeyd edib ki, bu istiqamətdə kadr potensialının gücləndirilməsi davam etdirilir.

Bildirilib ki, əmək bazarının tələblərinə uyğun olaraq 1612 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə təqdim edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2030-cu ilə qədər 30 min işsiz özünəməşğulluğa cəlb ediləcək - Anar Əliyev — Fins.az — Fins.az