Sürücülər üçün daha geniş təminatlı sığorta imkanları artır

Sürücülər üçün daha geniş təminatlı sığorta imkanları artır

SIĞORTA
484

Fins.az“A-Qroup Sığorta Şirkəti” ASC avtomobil sahibləri üçün nəzərdə tutulan “Göydəndüşmə” sığorta məhsulunu təqdim edir.

Şirkətin məlumatına görə, həyat gözlənilməz hadisələrlə dolu olduğundan avtomobil sahibləri nəqliyyat vasitələrini müxtəlif risklərdən qorumaq üçün “Göydəndüşmə” sığortasından yararlana bilərlər.

“A-Qroup”un müştəriləri avtomobilin dəyərinin cəmi 1%-ni, rəsmi servisdə təmir təminatı ilə isə 1,5%-ni ödəməklə öz nəqliyyat vasitələrini onların günahından baş verməyən hadisələrdən sığortalaya bilərlər.

“Göydəndüşmə” sığorta məhsulu aşağıdakı riskləri əhatə edir:

  • atılmış və ya düşmüş əşya;

  • üçüncü şəxsin qanunazidd hərəkəti (üçüncü şəxsin təqsiri nəticəsində baş verən yol-nəqliyyat hadisələri daxil olmaqla);

  • oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;

  • yanğın və partlayış;

  • heyvanların hərəkəti.

Şirkət bildirir ki, məhsul bazar dəyəri 25 000 AZN-dən 80 000 AZN-dək olan və istehsal ili 2010 ildən yuxarı olan avtomobillər üzrə təqdim olunur.

“A-Qroup Sığorta Şirkəti”nin təqdim etdiyi “Göydəndüşmə” məhsulunun üstünlükləri arasında sərfəli qiymət, müasir çağrı mərkəzi (24/7), 0 AZN azadolma məbləği və əlavə xidmət imkanları yer alır.

Müştərilər “A-Qroup Mobile Concierge” mobil əlavəsində SOS düyməsinə basmaqla hadisə yerinin geolokasiyasını göndərə və qəza komissarının dərhal hadisə yerinə çağırılmasını təmin edə bilərlər.

Bundan əlavə, sığorta hadisəsi zamanı müştərilərə “MediClub”-dan Təcili Tibbi yardım xidməti və pulsuz evakuasiya xidməti təqdim olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sürücülər üçün daha geniş təminatlı sığorta imkanları artır — Fins.az — Fins.az