
Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-FEVRAL/2026
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 277,562 milyon manat sığorta haqqı toplanıb.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankı-na (AMB) istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% azdır.
Bildirilir ki, hesabat dövründə ən çox sığorta haqqı “Paşa Həyat Sığorta” ASC tərəfindən toplanıb və bu rəqəm 100,681 milyon manat təşkil edib. Reytinqdə ikinci yerdə 99,559 milyon manatla “Paşa Sığorta”, üçüncü yerdə isə 17,427 milyon manatla “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.
Məlumata əsasən, növbəti yerlərdə “Aqrar Sığorta” ASC (9,722 milyon manat), “Qala Sığorta” (8,553 milyon manat), “Atəşgah” Sığorta Şirkəti (8,337 milyon manat), “Azərbaycan Sənaye Sığorta” (6,394 milyon manat), “Xalq Sığorta” (5,758 milyon manat), “Meqa Sığorta” (5,285 milyon manat) və “Qala Həyat” Sığorta Şirkəti (4,790 milyon manat) yer alıb.
Həmçinin qeyd olunur ki, digər sığorta şirkətləri üzrə toplanan sığorta haqları “Meqa Həyat Sığorta” üzrə 4,309 milyon manat, “A-Qroup Sığorta Şirkəti” üzrə 2,788 milyon manat, “Xalq Həyat” Sığorta Şirkəti üzrə 2,024 milyon manat, “AzSığorta” üzrə 1,469 milyon manat, “İpək Yolu Sığorta” üzrə 465 min manat və “AtaSığorta” üzrə 2 min manat olub.
№ | Şirkətin adı | Sığorta haqları (mln manat) |
|---|---|---|
1 | Paşa Həyat Sığorta | 100,681 |
2 | Paşa Sığorta | 99,559 |
3 | Atəşgah Həyat Sığorta Şirkəti | 17,427 |
4 | Aqrar Sığorta | 9,722 |
5 | Qala Sığorta | 8,553 |
6 | Atəşgah Sığorta Şirkəti | 8,337 |
7 | Azərbaycan Sənaye Sığorta | 6,394 |
8 | Xalq Sığorta | 5,758 |
9 | Meqa Sığorta | 5,285 |
10 | Qala Həyat Sığorta Şirkəti | 4,790 |
11 | Meqa Həyat Sığorta | 4,309 |
12 | A-Qroup Sığorta Şirkəti | 2,788 |
13 | Xalq Həyat Sığorta Şirkəti | 2,024 |
14 | AzSığorta | 1,469 |
15 | İpək Yolu Sığorta | 0,465 |
16 | AtaSığorta | 0,002 |