
Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-APREL/2026
2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri üzrə toplanan sığorta haqlarının həcmi açıqlanıb.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, qeyd oluna dövr ərzində sığorta şirkətləri vasitəsilə 610,216 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 milyon manat və ya 3,7 faiz artım deməkdir.
Hesabat dövrü ərzində sığorta bazarında ən yüksək yığımlar “Paşa Həyat Sığorta” ASC tərəfindən həyata keçirilib. Şirkət 309,834 milyon manat sığorta haqqı toplayaraq siyahıya liderlik edib.
İkinci yerdə 149,424 milyon manat göstərici ilə “Paşa Sığorta” ASC qərarlaşıb.
Üçüncü sırada isə 39,414 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat” Sığorta Şirkəti yer alıb.
Sığorta şirkətləri üzrə renkinq (2026 yanvar–aprel)
Sıra | Şirkətin adı | Sığorta haqları (milyon manat) |
|---|---|---|
1 | Paşa Həyat Sığorta | 309,834 |
2 | Paşa Sığorta | 149,424 |
3 | Atəşgah Həyat Sığorta Şirkəti | 39,414 |
4 | Atəşgah Sığorta Şirkəti | 21,842 |
5 | Qala Sığorta | 16,732 |
6 | Aqrar Sığorta | 11,857 |
7 | Azərbaycan Sənaye Sığorta | 10,881 |
8 | Meqa Həyat Sığorta | 9,634 |
9 | Xalq Sığorta ASC | 9,551 |
10 | Meqa Sığorta ASC | 9,373 |
11 | Qala Həyat | 8,864 |
12 | A-Qroup Sığorta Şirkəti | 5,404 |
13 | Xalq Həyat Sığorta Şirkəti | 3,788 |
14 | AzSığorta | 2,472 |
15 | İpək Yolu Sığorta | 1,145 |