Sığorta və təkrarsığorta əməliyyatları hansı hallarda ƏDV-dən azaddır?

Sığorta və təkrarsığorta əməliyyatları hansı hallarda ƏDV-dən azaddır?

SIĞORTA
709

Vergi Məcəlləsinin müvafiq maddəsinə görə, sığorta və təkrarsığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd edilənlərə əsasən, qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda, həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.

Həmçinin ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə banka müraciət etmək tövsiyə edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta və təkrarsığorta əməliyyatları hansı hallarda ƏDV-dən azaddır? — Fins.az — Fins.az