Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-FEVRAL/2026

Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-FEVRAL/2026

SIĞORTA
441

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 148,8 milyon manat həcmində sığorta ödənişləri həyata keçirilib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 37% artım göstərir və ölkədə sığorta sektorunun fəaliyyətinin güclənməsini əks etdirir.

Ödənişlərin ən böyük hissəsi 86,053 milyon manat olmaqla “Paşa Həyat Sığorta” ASC tərəfindən yerinə yetirilib. İkinci ən yüksək ödəniş 24,777 milyon manatla “Paşa Sığorta” ASC, üçüncü ən yüksək isə 12,483 milyon manatla “Atəşgah Həyat” Sığorta Şirkəti ASC tərəfindən ödənilib.

Daha sonra ödəniş həcminə görə sıralama belə olub: “Atəşgah” Sığorta Şirkəti – 7,479 milyon manat, “Qala Sığorta” – 4,326 milyon manat, “Azərbaycan Sənaye Sığorta” – 3,079 milyon manat, “Meqa Sığorta” – 2,560 milyon manat, “A-Qroup Sığorta Şirkəti” – 1,967 milyon manat, “Xalq Sığorta” – 1,681 milyon manat və “Xalq Həyat” Sığorta Şirkəti – 1,520 milyon manat.

Bundan əlavə, “AtaSığorta” ASC 1,345 milyon manat, “Meqa Həyat Sığorta” ASC 583 min manat, “Qala Həyat” Sığorta Şirkəti 498 min manat, “AzSığorta” 251 min manat ödəniş edib. “İpək Yolu Sığorta” isə bu dövrdə ödəniş həyata keçirməyib.

Şirkətin adı

Sığorta Ödənişləri (mln manat)

1

Paşa Həyat Sığorta

86,053

2

Paşa Sığorta

24,777

3

Atəşgah Həyat Sığorta Şirkəti

12,483

4

Atəşgah Sığorta Şirkəti

7,479

5

Qala Sığorta

4,326

6

Azərbaycan Sənaye Sığorta

3,079

7

Meqa Sığorta

2,560

8

Xalq Həyat Sığorta Şirkəti

1,520

9

Xalq Sığorta

1,681

10

A-Qroup Sığorta Şirkəti

1,967

11

Meqa Həyat Sığorta

583

12

Qala Həyat Sığorta Şirkəti

498

13

AtaSığorta

1,345

14

Aqrar Sığorta

199

15

AzSığorta

251

16

İpək Yolu Sığorta

0

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-FEVRAL/2026 — Fins.az — Fins.az