
Optimal kasko hansı riskləri əhatə edir? - Avtomobil sahibləri üçün geniş təminatlı həll
Fins.az – PAŞA Sığorta ASC avtomobil sahibləri üçün müxtəlif büdcələrə uyğun Optimal KASKO paketlərini təqdim edib. Şirkət bildirib ki, məhsul avtomobilləri yol-nəqliyyat hadisələri, oğurluq, yanğın, təbii fəlakətlər və digər gözlənilməz risklərdən sığortalamağa imkan verir.
Məlumata görə, məhsul OK 500, OK 900, OK 1900 və OK 3000 olmaqla dörd paketdən ibarətdir və sığorta təminatı 5 min manatdan 30 min manatadək dəyişir. Şirkət həmçinin müştərilərə rəsmi və ya qeyri-rəsmi servis seçimi, əlavə xidmət paketləri, eləcə də üçüncü şəxslər qarşısında mülki məsuliyyət və fərdi qəza sığortası üzrə əlavə təminatlar təqdim etdiyini açıqlayıb.