Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 19,3 faiz artıb

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 19,3 faiz artıb

SIĞORTA
608

Cari ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 448,8 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz və ya 234 milyon 348,9 min manat artıb, daxilolmalar üzrə proqnoz 136 milyon 693,4 min manat artıq icra edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 912 milyon manat təşkil edib, proqnoz 119,8 faiz icra olunub.

 © azərtac

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 19,3 faiz artıb — Fins.az — Fins.az