“Atəşgah Həyat”ın sığorta ödənişləri 25,49% azalıb

“Atəşgah Həyat”ın sığorta ödənişləri 25,49% azalıb

SIĞORTA
539

2025-ci ilin fevral ayında “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin maliyyə göstəricilərində qeyri-sabit dinamika müşahidə olunub.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yayımladığı məlumata əsasən xəbər verir ki, şirkətin sığorta ödənişləri kəskin şəkildə azalıb. Belə ki, yanvar ayında 3 712 min manat sığorta ödənişi həyata keçirən “Atəşgah Həyat” fevralda bu məbləği 2 766 min manata endirib. Aylıq müqayisədə 25,49%-lik azalma şirkətin müştərilər qarşısında öhdəliklərini necə yerinə yetirməsi ilə bağlı suallar doğura bilər.

Digər tərəfdən, sığorta haqlarında artım müşahidə olunsa da, bu, əvvəlki ayla müqayisədə cəmi 11% təşkil edib. Yanvarda 7 965 min manat sığorta haqqı toplayan şirkət fevralda bu məbləği 8 833 min manata çatdırıb. Lakin ödənişlərdəki azalma fonunda bu artım şirkətin real maliyyə vəziyyəti ilə bağlı suallar doğurur.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Atəşgah Həyat”ın sığorta ödənişləri 25,49% azalıb — Fins.az — Fins.az