
Kritik xəstəliklərə qarşı uşaqlar üçün yeni həyat sığortası imkanı
Fins.az – PAŞA Həyat Sığorta ASC uşaqlar üçün nəzərdə tutulan həyat sığortası məhsulunu təqdim edir.
Şirkətin məlumatına görə, "Uşaqlar üçün Həyat Sığortası" məhsulu valideynlərə övladlarını kritik xəstəliklərdən sığortalamaq və onların sağlamlığını 18 yaşınadək təminat altına almaq imkanı yaradır.
Bildirilib ki, bu sığorta məhsulu çərçivəsində cəmi bir dəfə 30 AZN ödəniş etməklə 3 il müddətinə 15 000 AZN məbləğində sığorta təminatı əldə etmək mümkündür.
Məlumata əsasən, sığorta təminatı xərçəng, böyrək çatışmazlığı, iflic, əsas orqanların transplantasiyası və aorto-koronal şuntlama kimi kritik xəstəlikləri əhatə edir.
Şirkət qeyd edir ki, "Uşaqlar üçün Həyat Sığortası" məhsulu gözlənilməz xəstəliklər zamanı uşaqların və onların ailələrinin maddi müdafiəsini təmin etmək məqsədilə hazırlanıb. Məhsul ağır xəstəliklər nəticəsində yaranan təcili xərclərin qarşılanmasına dəstək verməklə ailələrin maliyyə yükünün azaldılmasına kömək edir.
PAŞA Həyat Sığorta bildirir ki, uşaqlar üçün həyat sığortasının erkən yaşlarda əldə olunması gələcəkdə yarana biləcək sağlamlıq risklərinə qarşı maliyyə təminatı yaradır və valideynlərə əlavə rahatlıq verir.
Şirkətin məlumatına görə, məhsulun əsas üstünlüyü cəmi bir dəfə 30 AZN ödəniş etməklə 3 il müddətinə 15 000 AZN məbləğində təminatın təqdim olunması və övladın 18 yaşınadək kritik xəstəliklərdən sığortalanmasının təmin edilməsidir.
Əlavə məlumat almaq istəyən şəxslər (012) 942 nömrəsi ilə əlaqə saxlaya və sığorta məhsulu üzrə müraciət edə bilərlər.