Kredit alanların ailələrini maliyyə risklərindən qoruyan sığorta

Kredit alanların ailələrini maliyyə risklərindən qoruyan sığorta

SIĞORTA
189

Fins.azPAŞA Həyat Sığorta ASC istehlak krediti götürən şəxslər üçün nəzərdə tutulan Kredit Həyat Sığortası məhsulunu təqdim edib. Məhsul kredit müddəti ərzində ölüm və əlillik riskləri zamanı kredit öhdəliklərinin yerinə yetirilməsinə maliyyə dəstəyi göstərir.

Şirkətin məlumatına görə, sığorta həm bankların kredit portfelinin qorunmasına, həm də borcalanların və onların ailələrinin gözlənilməz hallarda maliyyə yükünün azaldılmasına xidmət edir. Sığorta təminatına sığortalının vəfatı, eləcə də xəstəlik və ya bədbəxt hadisə nəticəsində müxtəlif dərəcələr üzrə əlilliyin müəyyən edilməsi halları daxildir.

Məhsulun qüvvədə olma müddəti kreditin müddətinə uyğun müəyyən edilir və Azərbaycan Mərkəzi Bankının müvafiq qaydaları əsasında hazırlanıb. Müştərilər sığorta kalkulyatoru vasitəsilə hesablamalar apara, əlavə məlumatı isə 942 qısa nömrəsindən əldə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kredit alanların ailələrini maliyyə risklərindən qoruyan sığorta — Fins.az — Fins.az