Korporativ sağlamlıq proqramlarına maraq artır: Yeni tibbi sığorta həlli

Korporativ sağlamlıq proqramlarına maraq artır: Yeni tibbi sığorta həlli

SIĞORTA
187

Fins.az“A-Qroup Sığorta Şirkəti” ASC korporativ müştərilər üçün işçilərin sağlamlığının qorunmasına yönəlmiş “AMBULANCE EX” tibbi sığorta proqramını təqdim edib.

Şirkətin məlumatına görə, proqram çərçivəsində sığortalılara illik 5 000 AZN məbləğində tibbi təminat və 24/7 təcili tibbi yardım xidməti təqdim olunur.

Məlumata əsasən, “AMBULANCE EX” paketinə əməkdaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün geniş Check-Up proqramı da daxildir. Paket çərçivəsində terapevt müayinəsi, laborator analizlər, EKQ, USM, rentgen, Hepatit B və C müayinələri, eləcə də onkoloji xəstəliklərin erkən aşkarlanmasına yönəlmiş PSA və CA-125 analizləri həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Korporativ sağlamlıq proqramlarına maraq artır: Yeni tibbi sığorta həlli — Fins.az — Fins.az