
Kasko sığorta bazarında yeni üstünlüklər təqdim olunur
Fins.az – “A-Qroup Sığorta Şirkəti” ASC avtomobil sahibləri üçün müxtəlif riskləri əhatə edən KASKO sığorta məhsulunu təqdim edir.
Şirkətin məlumatına görə, KASKO sığortası yol-nəqliyyat hadisəsi, oğurluq, yanğın, təbii fəlakətlər, üçüncü şəxslərin qanunazidd hərəkətləri və digər risklər nəticəsində avtomobilə dəyən zərərləri təminat altına alır. Məhsul çərçivəsində 24/7 çağrı mərkəzi, sığortalının təqsiri olmadan baş verən hadisələr üzrə 0 AZN azadolma məbləği, pulsuz evakuasiya xidməti və sığorta haqqının hissə-hissə ödənilməsi imkanı təqdim edilir.
Bildirilib ki, sığortalılar “A-Qroup Mobile Concierge” tətbiqindəki SOS funksiyası ilə qəza komissarını hadisə yerinə çağıra, avtomobil servisdə olduğu müddətdə taksi xidmətindən, DrOn platformasında onlayn tibbi konsultasiyalardan və Radius Təkər Mərkəzində 15% endirim imkanından yararlana bilərlər.