Həyat sığortasında yığım və investisiya imkanları genişlənir

Həyat sığortasında yığım və investisiya imkanları genişlənir

SIĞORTA
190

Fins.az – PAŞA Həyat Sığorta ASC həyat sığortası ilə yığım və gəlir əldə etmək imkanını birləşdirən "Gəlirli Həyat Sığortası" məhsulunu müştərilərinə təqdim edir.

Şirkətin məlumatına görə, məhsul üzrə sığorta müddəti 1 il, ABŞ dolları ilə illik gəlirlilik isə 1% təşkil edir. Minimum investisiya məbləği 100 ABŞ dolları, maksimum məbləğ isə 10 milyon ABŞ dollarıdır. Faiz ödənişi sığorta müddətinin sonunda həyata keçirilir.

PAŞA Həyat Sığorta bildirir ki, məhsul həm həyat sığortası təminatı, həm də investisiyadan əlavə gəlir əldə etmək imkanı yaradır. "Gəlirli Həyat Sığortası"nı Kapital Bankın filiallarından əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Həyat sığortasında yığım və investisiya imkanları genişlənir — Fins.az — Fins.az