Bu il Azərbaycan sığortaçıları 5 milyon manata yaxın sığorta xidməti ixrac ediblər

Bu il Azərbaycan sığortaçıları 5 milyon manata yaxın sığorta xidməti ixrac ediblər

SIĞORTA
1,478

Cari ilin ilk 6 ayı ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9 min sığorta müqaviləsi rəsmiləşdirilib və 5 milyon manata yaxın sığorta haqqı toplanıb.

İcbari Sığorta Bürosundan Fins.az-a bildirilib ki, həmin sığorta müqavilələrinin təqribən 7 min ədədi Qazaxıstan, 2 min ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub.

Beləliklə dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 5 milyon manata yaxın sığorta xidmətini ixrac ediblər. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 2500 manat sığorta ödənişi həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycan sığortaçıları 5 milyon manata yaxın sığorta xidməti ixrac ediblər — Fins.az — Fins.az