Azsığorta ASC-nin aktivləri və öhdəlikləri azalıb

Azsığorta ASC-nin aktivləri və öhdəlikləri azalıb

SIĞORTA
520

Azsığorta ASC 2025-ci ili 1,75 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü illə müqayisədə 3,3% çoxdur.

Fins.az şirkətin maliyyə hesabatına əsasən xəbər verir ki, şirkətin gəlirləri 13,313 milyon manat (2,1% çox), xərcləri 11,069 milyon manat (1,8% çox), mənfəət vergisi ödəmələri isə 494 min manat (6% çox) təşkil edib.

2026-cı il yanvarın 1-nə Azsığortanın aktivləri 30,314 milyon manat olub, illik müqayisədə 1,3% azalıb. Öhdəlikləri 9,6% azalaraq 10,732 milyon manat, balans kapitalı isə 4% artaraq 19,583 milyon manat təşkil edib.

Qeyd edək ki, Azsığorta 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 14,007 milyon manat, və səhmlərinin 100%-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azsığorta ASC-nin aktivləri və öhdəlikləri azalıb — Fins.az — Fins.az