“Azərsığorta” şirkəti yanvar-fevral aylarında ödəniş alan vətəndaşların sayını – AÇIQLADI

“Azərsığorta” şirkəti yanvar-fevral aylarında ödəniş alan vətəndaşların sayını – AÇIQLADI

SIĞORTA
591

Azərbaycan sığorta bazarının ən iri şirkətlərindən olan “Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar-fevral ayları üzrə sığorta ödənişi alan vətəndaşların sayını açıqlayıb.

Şirkətdən verilən məlumata görə, “Azərsığorta” tərəfindən cari ilin ilk iki ayında müxtəlif sığorta hadisələri üzrə vətəndaşlara ödənilən vəsaitlərin həcmi ümumilikdə 3,720 mln. manat təşkil edib.

Qeyd olunan hesabat dövründə “Azərsığorta” Dövlət Sığorta Şirkətindən ödəniş alan vətəndaşların sayı isə 3080-ə çatıb. Ödənişlər müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilmişdir.   

Xatırladaq ki, ”Azərsığorta” Dövlət Sığorta Şirkəti müştərilərinə qanunvericiliklə nəzərdə tutulmuş könüllü və icbari sığorta növləri üzrə xidmətlər təklif edir.   

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərsığorta” şirkəti yanvar-fevral aylarında ödəniş alan vətəndaşların sayını – AÇIQLADI — Fins.az — Fins.az