Azərbaycanın sığorta bazarının yığımları və ödənişləri artıb

Azərbaycanın sığorta bazarının yığımları və ödənişləri artıb

SIĞORTA
692

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan sığorta bazarının yığımları 17,3% artaraq 41,5 milyon manatlıq artımla 281,2 milyon manata çatıb.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövr ərzində həyata keçirilən sığorta ödənişlərinin həcmi də 11,5% artaraq 11,2 milyon manata yüksəlib.

Eyni zamanda, sığorta bazarının zərərlilik göstəricisi də yüksəlib. Ötən ilin yanvar-fevral ayında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödənişlərə yönəldilmişdisə, bu ilin eyni dövründə həmin məbləğ 40,6 manata çatıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın sığorta bazarının yığımları və ödənişləri artıb — Fins.az — Fins.az