
Azərbaycanın sığorta bazarı böyüyüb
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 2026-cı ilin yanvar–aprel aylarında 610,216 milyon manat məbləğində sığorta haqqı toplayıb.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatıan əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 milyon manat və ya 3,7 faiz çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 304,353 milyon manat təşkil edib. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 73 milyon manat və ya 31,6 faiz artım deməkdir.
Beləliklə, sığorta bazarında həm yığım, həm də ödəniş göstəricilərində artım tendensiyası davam edib.