Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 21,2% artıb

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 21,2% artıb

SIĞORTA
357

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növləri üzrə 190,285 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon manat və ya 3,3% azalma deməkdir.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 11,6 milyon manat və ya 21,2% artaraq 66,092 milyon manata çatıb. Nəticədə, bu ilin ilk 3 ayında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı müştərilərə geri ödənilib.

Qeyd edilib ki, ümumilikdə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% artım deməkdir.

Eyni dövrdə sığorta ödənişlərinin həcmi 218,456 milyon manat təşkil edib və bu göstərici illik müqayisədə 54,4 milyon manat və ya 33,2% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 21,2% artıb — Fins.az — Fins.az