Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər artıb, yığımlar isə azalıb

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər artıb, yığımlar isə azalıb

SIĞORTA
451

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-həyat sığortası növləri üzrə 148,332 milyon manat sığorta haqqı toplanıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon manat və ya 4,1% azalıb.

Hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlər 9,5 milyon manat olub və 25% artaraq 47,664 milyon manata çatıb. Toplanmış hər 100 manat sığorta haqqının 32,1 manatı müştərilərə geri ödənilib.

Yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə ümumilikdə 277,562 milyon manat sığorta haqqı toplanıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin ümumi həcmi 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...