Azərbaycanda könüllü sığorta ödənişləri 34% artıb

Azərbaycanda könüllü sığorta ödənişləri 34% artıb

SIĞORTA
562

Fins.az - 2026-cı ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 136,456 milyon manat sığorta haqqı toplanıb. Bu, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 4,145 milyon manat və ya 2,9% azdır.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 12,7 milyon manat və ya 34% artaraq 50,262 milyon manata çatıb. Beləliklə, yanvar ayında toplanmış hər 100 manat sığorta haqqının 36,8 manatı müştərilərə geri ödənilib.

Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır. Hesabat dövründə sığorta ödənişlərinin həcmi 62,012 milyon manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2% artıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda könüllü sığorta ödənişləri 34% artıb — Fins.az — Fins.az