Azərbaycanda könüllü sığorta 13% ARTIB

Azərbaycanda könüllü sığorta 13% ARTIB

SIĞORTA
2,016

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 273,515 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 6,6% artaraq 127,444 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 153,83 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 84,7% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 13,45% azalaraq 31,013 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 56,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-iyun aylarında 34,45 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30 manatdan 24,3 manata düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda könüllü sığorta 13% ARTIB — Fins.az — Fins.az