Azərbaycanda KASKO sığorta ödənişləri artıb

Azərbaycanda KASKO sığorta ödənişləri artıb

SIĞORTA
378

2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə toplanan sığorta haqları 16,785 milyon manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,037 milyon manat və ya 6,6% artım deməkdir.

Hesabat dövründə KASKO sığortası üzrə ödənişlərin həcmi isə 1,772 milyon manat və ya 26,8% artaraq 8,387 milyon manata yüksəlib. Nəticədə bu sığorta növü üzrə toplanan hər 100 manat sığorta haqqının təxminən 50 manatı müştərilərə geri ödənilib.

Ümumilikdə isə bu ilin yanvar–mart aylarında Azərbaycanda sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat sığorta haqqı toplanıb ki, bu da illik müqayisədə 18,7 milyon manat və ya 4,7% artım deməkdir.

Eyni zamanda, sığorta ödənişlərinin ümumi həcmi 218,456 milyon manat təşkil edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,4 milyon manat və ya 33,2% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda KASKO sığorta ödənişləri artıb — Fins.az — Fins.az