Azərbaycanda həyat və qeyri-həyat sığortası artıb

Azərbaycanda həyat və qeyri-həyat sığortası artıb

SIĞORTA
1,430

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 433,317 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30,4% çoxdur.

Ötən 8 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 413,537 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 22,9% artaraq 196,347 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 20,6% artaraq 149,449 milyon manata çatıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda həyat və qeyri-həyat sığortası artıb — Fins.az — Fins.az