Azərbaycanda həyat sığortası üzrə yığımlar və ödənişlər artıb

Azərbaycanda həyat sığortası üzrə yığımlar və ödənişlər artıb

SIĞORTA
417

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növləri üzrə 227,468 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 milyon manat və ya 12,5% artım deməkdir.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 42,8 milyon manat və ya 39,1% artaraq 152,364 milyon manata çatıb. Nəticədə, bu ilin ilk 3 ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 67 manatı müştərilərə geri ödənilib.

Qeyd edilib ki, ümumilikdə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat məbləğində sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% çoxdur.

Eyni dövrdə sığorta ödənişlərinin həcmi 218,456 milyon manat təşkil edib və bu göstərici illik müqayisədə 54,4 milyon manat və ya 33,2% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda həyat sığortası üzrə yığımlar və ödənişlər artıb — Fins.az — Fins.az